Biləsuvar rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərov həmyerlisi 1995-ci il təvəllüdlü Raul Quliyev tərəfindən ov tüfəngi ilə güllələnib.
Yaralı ayaq və qarın nahiyəsindən çoxsaylı xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə sillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:29 / 02.03.2025
Biləsuvardakı silahlı insidentin bəzi təfərrüatı AÇIQLANDI/VİDEO
Hazırda oxunan: Biləsuvardakı silahlı insidentin bəzi təfərrüatı AÇIQLANDI/VİDEO
Hazırda oxunan: Biləsuvardakı silahlı insidentin bəzi təfərrüatı AÇIQLANDI/VİDEO
237321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.