Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları keçirildi - FOTO/VİDEO

237286

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə təşkil edilib. 

Bizim.Media xəbər verir ki, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.

İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin