Martın 2-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.
Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1 000 m-dək məhdudlaşıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-də 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.
Bizim.Media