Qardaşının nişanında dava salan şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Qardaşının nişanında dava salan şəxs MƏHKƏMƏ QARŞISINDA

237225

Qardaşının nişan məclisində dava salaraq xuliqanlıq əməli törətməkdə ittiham olunan şəxsin məhkəməsi keçirilib. Məlum olub ki, onun toya dava salmasının səbəbi spirtli içki verilməməsi olub.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda “Leyli” şadlıq sarayında baş verib.

23 yaşlı Fəqan dava zamanı restoranda bir masanı yumruqla sındırıb, mətbəxin pəncərəsini qırıb. Bununla da restorana 300 manat maddi ziyan vurub.

İfadəsində deyib ki, restoranda menyu zəif olub. Onun sözlərinə görə 10 nəfərlik masaya 0.7 litr araq qoyulub. Bu da qonaqlara bəs etməyib.

Fəqan bildirib ki, ofisianta nəmər verərək araq gətirməsini istəyib: “Ofisiant gəlib dedi ki, araq yoxdur. Mən mətbəxə gedib araq istədim. Ev sahibi mənə dedi ki, araq yoxdur. “İstəyən özü alsın” dedi. Mənə kobud cavab verdi. Mən də əsəbləşdim. Masaya və pəncərəyə yumruqla vurdum. Dostlarım məni sakitləşdirib evə apardılar. Hadisə cəmi 5 dəqiqə çəkdi”.

Fəqan törətdiyi əmələ görə 3 min manat cərimə edilib. Həbsdə olduğu 2 ay 22 gün nəzərə alınaraq üzərində qəti olaraq 1500 manat cərimə cəzası saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin