Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ - VİDEO

Hazırda oxunan: Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ - VİDEO

237208

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.

O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.

Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
 

Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağırdır.

Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.

Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin