ADY Hacıqabuldakı qatar qəzası ilə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: ADY Hacıqabuldakı qatar qəzası ilə bağlı MƏLUMAT YAYDI

237180

Xəbər verdiyimiz kimi Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

“Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır”, - məlumatda qeyd edilib.

Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin