Bakı metrosuna növbəti TƏYİNAT – Sayca 3 oldu - FOTO

Hazırda oxunan: Bakı metrosuna növbəti TƏYİNAT – Sayca 3 oldu - FOTO

237149

Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Asəf İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, bundan əvvəl “Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinə Nərgiz Rövşən qızı Mustafayeva rəis vəzifəsinə təyin edilib.

Daha əvvəl isə Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsi Şaban İmkanıya həvalə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin