Qadın mollaları üçün keçirilən imtahanda 35 namizəddən 13-ü uğur qazanıb

Hazırda oxunan: Qadın mollaları üçün keçirilən imtahanda 35 namizəddən 13-ü uğur qazanıb

237146

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibə prosesi başa çatıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, komitədən verilən məlumata görə, 20-28 fevral tarixlərində baş tutan müsahibədə 114 nəfər iştirak edib.

Belə ki, qadın dini ayinlərin icraçısı vəzifəsi üçün bir vakant yer üzrə imtahanda iştirak edən 35 namizəddən 13-ü, üç imam və imam müavini vakansiyası üzrə isə 79 nəfərdən 32-si müsahibədə uğur qazanıb.

Ümumilikdə 69 namizəd isə keçid balını toplaya bilməyib. Namizədlərdən beş nəfəri ümumiyyətlə imtahanda iştirak etməyib.

Qeyd edək ki, 2024-cü il 15 avqust – 1 sentyabrda elan edilən müsahibəyə qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə bir vakant yer üçün 36 namizədin, imam və imam müavini vəzifəsinə üç vakansiya üzrə 83 namizədin müraciəti qeydə alınıb.

Onu da bildirək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən Komitə sədrinin əmri ilə məscidlərdə vakant vəzifələrə təyin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin