Qətl törətməkdə törətməkdə təqsirləndirilən Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən souncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 57 yaşlı Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib. Məlumata görə, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.
Bizim.Media
Könül Baxşəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə) 120.2.9 və 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Mənbə Pravda.az-dır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 01.03.2025
Sevgilisini qətlə yetirib 2 il həyətdə GİZLƏTDİ – Dəhşətli hadisənin TƏFƏRRÜATI
Hazırda oxunan: Sevgilisini qətlə yetirib 2 il həyətdə GİZLƏTDİ – Dəhşətli hadisənin TƏFƏRRÜATI
Hazırda oxunan: Sevgilisini qətlə yetirib 2 il həyətdə GİZLƏTDİ – Dəhşətli hadisənin TƏFƏRRÜATI
237128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.