Qazaxıstanda hərbi ambulansa Hökumə Əliyevanın adı verildi - VİDEO

Hazırda oxunan: Qazaxıstanda hərbi ambulansa Hökumə Əliyevanın adı verildi - VİDEO

237117

Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov "Instagram" hesabında məlumat verib.

"Ruhun şad olsun, türk millətinin qəhrəman qızı! Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq", - o, paylaşımını bu sözlərlə şərh edib.

A.Barısov bildirib ki, Hökumə öz həyatının sona çatacağını bildiyi halda həyəcan keçirmədən, son anadək insanların həyatını xilas etmək üçün mübarizə aparan bir qəhrəmandır. Hərbi ambulansın da məqsədi məhz insanların həyatını xilas etməkdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin