Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA

237065

Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir.

Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev ölkə.az-a bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:

“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”, - deyə DİN rəsmisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin