Azərbaycanlı gənc ermənilərin hücumuna məruz qalan qadını XİLAS ETDİ

Hazırda oxunan: Azərbaycanlı gənc ermənilərin hücumuna məruz qalan qadını XİLAS ETDİ

237009

Qazaxıstanın Almatı şəhərində yaşayan azərbaycanlı gənc iki erməninin hücumuna məruz qalan qadın və iki uşağını xilas edib.

Bizim.Media xəbər verir ki, lənkəranlı Pərviz Dədəcanov küçədə gedərkən iki erməninin uşaqlı qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb.
 

Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib, qadını və uşaqlarını xilas edib. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Pərviz isə polis bölməsinə aparılıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, sərbəst buraxılıb.

Qeyd edək ki, hadisə 10 gün öncə baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin