Qarabağa digər bölgələr kimi səfər etmək MÜMKÜN OLACAQ – BU TARİXDƏN

Hazırda oxunan: Qarabağa digər bölgələr kimi səfər etmək MÜMKÜN OLACAQ – BU TARİXDƏN

237006

1 mart tarixindən etibarən işğaldan azad edilmiş ərazilərə müntəzəm reyslər üzrə biletləri yalnız “biletim.az” portalı üzərindən əldə etmək mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  

"Bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 martdan etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az” portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldə etmələri xahiş olunur" - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin