Yalnız tibb kolleclərində mövcud olan “Tibb bacısı” (qardaşı) fakültəsinə bir neçə ildir Tibb Universitetində qəbul aparılır. Bu addımı yüksək qiymətləndirənlərin qənatəinə görə, Azərbaycan Tibb Universitetinin hazırlayacağı tibb bacılarının biliyi, vərdişləri daha üstün olacaq.
Həmçinin, kolleclərdə müəllimlik ixtisasının tədricən ləğv olunması planlaşdırılır. Bu addım kolleclərdəki pedaqoji təhsilin natamam hesab edilməsi deməkdir.
MÖVZU İLƏ BAĞLI:
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub? – RƏSMİ AÇIQLAMA
Tibb kollecləri bu sahədə bir çox kadr hazırlayırlar. Onlardan biri də diş texnikləridir. Tibb kolleclərində diş texnikləri stomatoloji müəssisələrinin diş protezləri laboratoriyalarında işləmək üçün hazırlanır. Buna baxmayaraq, bu kollecləri bitirənlər stomatologiya ilə bağlı bütün prosedurları icra edirlər.
Bəs belə olan halda həmin fakültənin də ləğvi və ya daha konkretləşməsi mümkündürmü?
Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, hazırda tibb kolleclərində stomatologiya üzrə kadr hazırlığının həyata keçirilməsi texniki sahə üzrədir:
“Misal üçün, protez dişləri və onların qəliblərini hazırlamaq istiqamətində kadr hazırlığı həyata keçirilir. Hər hansı bir cərrahi əməliyyatın olması, müvafiq olaraq müalicə yazılması həmin kolleclərdə stomatologiya şöbəsində təhsil alanlara şamil olunmur. Əgər kimsə o ixtisası bitirib paralel diş çəkirsə, müalicə yazırsa, o artıq qanunvericiliyin tələbini pozmuş sayılır. Vətəndaşların bununla bağlı həm Səhiyyə Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına müraciət etmək hüquqları var”.
Günay Şahmar, Bizim.Media