Qayınata ona "başın üçün deyil" deyən kürəkənini DÖYDÜ

Hazırda oxunan: Qayınata ona "başın üçün deyil" deyən kürəkənini DÖYDÜ

236987

Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəramət Əmirovun (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media “pravda.az”a istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, dörd ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 2 iyul 2024-cü il tarixdə, 22:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Kəramət Əmirovla bacısı oğlu və kürəkəni olan zərərçəkmiş Ziyad Quliyev (ad və soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Cinayət materialında qeyd edilib ki, zərərçəkmiş həyat yoldaşını körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiyaya getməyi planlaşdırıb. Təqsirləndirilən şəxs də buna görə kürəkəninə zəng edərək irad bildirib.
 

Kəramət Əmirov ifadəsində söyləyib ki, Ziyada "ağıllı ol, qulağını dartaram" deyib. Kürəkən isə cavabında qeyd edib ki, "başın üçün deyil". Sonra zərərçəkmişin evinə gedən Kəramət mübahisə zamanı ona iki dəfə yumruq zərbələri endirərək, sağlamlığına az ağır xəsarətlər yetirib.


Hadisədən sonra Kəramət Əmirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin