Azərbaycanda ən çox nikah və boşanma qeydə alınan İLLƏR

Hazırda oxunan: Azərbaycanda ən çox nikah və boşanma qeydə alınan İLLƏR

236969

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7% və ya 4 692 azalaraq 49 508-ə düşüb.

Bizim.Media-nın məlumatına görə, aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə nikaha daxil olma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə nikah sayının azlığı “COVID-19” pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə nikahların sayı ilə yanaşı, boşanmaların sayında da azalma qeydə alınıb. Rəsmi rəqəmlərə əsasən, ötən il boşanmaların sayı 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4% və ya 304 hal azalaraq 21 384-ə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin