Son vaxtlar valideynlər daha çox özəl bağçalara üstünlük verməyə başlayıblar. Onlar qeyd edirlər ki, bu bağçalarda 24 saat nəzarət sistemi var. Yəni söhbət kameralardan gedir. Lakin dövlət bağçalarında bu mexanizm işləmir.
Valideynlər tərbiyəçilərin övladlarına pis davranmasından narahatdır. Bu hallara səbəb isə çox zaman müəllimlərin psixoloji problemlərindən dolayı olur.
MÖVZU İLƏ BAĞLI:
Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?
Bəs uşaq bağçasında fəaliyyət göstərən müəllimlərin psixoloji vəziyyəti yoxlanılırmı?
Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bağça müəllimlərinin hər bir halda psixoloji vəziyyəti yoxlanılır.
“Nazirliyin 24 oktyabr 2023-cü il tarixli KQ-07 nömrəli Kollegiya Qərarı təsdiq edilib. Bu qərarla “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulunun müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub-olmaması barədə qərar verilir”, - deyə qurumdan bildirilib.
Aygün Hüseyn, Bizim.Media