Yevlaxda qaz KƏSİLDİ

Hazırda oxunan: Yevlaxda qaz KƏSİLDİ

236959

Bu gün Yevlax şəhərinin bir çox hissələrində qazın verilişində fasilə yaranıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
 

Məlumata görə, Birliyin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən Yevlax şəhərini “mavi yanacaq”la təmin edən “Yevlax-1” qazpaylayıcı stansiyasının (QPS) ölçü qovşağında aparılacaq təmir işləri ilə əlaqədar Yevlax şəhər Baxşəli İmanov, Bakı, Kür, Yuris Misirov, Füzuli, Pişəvəri, Nəsrəddin Tusi, Mirzə Sadıq Sadıqcan küçələrində qazın verilişində fasilə yaranıb.


Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin