İmişlidə sürət yarışı keçirən sürücülər saxlanıldı – FOTO

Hazırda oxunan: İmişlidə sürət yarışı keçirən sürücülər saxlanıldı – FOTO

236957

İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıblar.

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin