Martın 1-dən Azərbaycanda Ramazan ayı başlayır.
Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, 30 mart - Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi. Lakin Nazirlər Kabinetinin Qərarı ilə 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən də 1 aprel rəsmi iş günü sayılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:03 / 28.02.2025
Sabahdan Ramazan ayı başlayır – TƏQVİM
Hazırda oxunan: Sabahdan Ramazan ayı başlayır – TƏQVİM
Hazırda oxunan: Sabahdan Ramazan ayı başlayır – TƏQVİM
236946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.