"Marsel"in prezidentinə 15 oyunluq cəza VERİLDİ

Hazırda oxunan: "Marsel"in prezidentinə 15 oyunluq cəza VERİLDİ

236935

Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 

Ağır cəzaya səbəb klub rəhbərinin futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi olub.


Hadisə Liqa 1-in 23-cü turunda "Oser"lə matçda baş verib. "Marsel"in futbolçusu Derek Kornelius qırmızı vərəqə alandan sonra Pablo Lonqoriya matçın baş hakimi Ceremi Stinata "korrupsiya, əsl korrupsiya" deyə qışqırıb.

Klub prezidenti cəza səbəbindən Liqa 1-də mövsümün qalan oyunlarını buraxacaq. Onun cəzası növbəti mövsümün də bəzi oyunlarında davam edəcək.

Qeyd edək ki, "Marsel" Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin