Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIII turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, bütün qarşılaşmalar Bakıda baş tutub. Günə liderlərin matçı ilə start verilib.
“Milli Aviasiya Akademiyası” və “Abşeron” GİN-in Voleybol Mərkəzində üz-üzə gəlib. Birincilər rəqibə heç bir imkan verməyərək 3:0 hesabı ilə qalib gəliblər. Bundan sonra rəqiblər arasındakı fərq ikiyə enib.
Çempionatın autsayderi UNEC “Azərreyl”ə asan təslim olub. Tura “Murov Az Terminal” - “Gəncə” görüşü ilə yekun vurulub. Gərgin keçən qarşılaşmada qalib 5 setin yekununda müəyyənləşib. Qonaq komanda qələbəni bayram edib.
Yüksək Liqa (qadınlar)
27 fevral
XIII tur
16:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron” - 3:0 (25:21, 25:22, 25:22)
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Azərreyl” - 0:3 (14:25, 18:25, 15:25)
UNEC VK-nın idman zalı
18:00. “Murov Az Terminal” - “Gəncə” - 2:3 (15:25, 25:19, 23:25, 25:16, 13:15)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:37 / 28.02.2025
Lider uduzdu, “Gəncə”dən çətin qələbə - FOTO
Hazırda oxunan: Lider uduzdu, “Gəncə”dən çətin qələbə - FOTO
Hazırda oxunan: Lider uduzdu, “Gəncə”dən çətin qələbə - FOTO
236933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.