Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabiq maliyyə xidmət rəisi barəsində DTX İstintaq baş idarəsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bizim.Media