Günə proteinlə zəngin yeməklə başlamaq enerjini və ümumi sağlamlığı qorumaq üçün vacib amildir. Protein qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir, gün ərzində toxluq hissi verir.
Həmçinin protein əzələlərin bərpası və böyüməsində mühüm rol oynayır.
Lakin bəzən sağlamlıqla bağlı problemlərə görə və ya şəxsin öz seçiminə görə insanlar proteinlə zəngin olan yumurtadan imtina edirlər. Bu isə o demək deyil ki, orqanizmi vacib proteindən məhrum etmək olar.
Bizim.Media proteinlə zəngin səhər yeməyi üçün yeddi resepti təqdim edir:
Tərkibi meyvələrlə zəngin yoqurt
Bu yoğurtun 100 qram məhsulunun tərkibində təxminən 10 qram protein var. Yoqurtu proteinlə daha da zənginləşdirmək üçün onun üzərinə təzə meyvə dilimləri, qoz-fındıq və ya qranola və bir qaşıq bal əlavə etmək kifayətdir. Zülalla yanaşı, yoqurt bağırsağa lazım olan probiyotiklərlə təmin edir.
Protein kokteylləri
Bir qaşıq kokteyl təxminən 20 qram protein ehtiva edir. Qarışımı dondurulmuş meyvə, ispanaq, süd və ya fıstıq yağı ilə qarışdıra bilərsiniz.
Fıstıq yağı və banandan hazırlanmış tost
Bu yeməyin tərkibində çoxlu protein var. Bir dilim tam taxıl çörəyinin üzərinə fıstıq yağı sürtün və banan dilimlərini əlavə edin. Tostun üzərinə çia toxumu da səpə bilərsiniz.
Bir kasa kəsmik
Yarım stəkan az yağlı kəsmikdə təxminən 15 qram protein var. Giləmeyvə, meyvə, bal, qoz-fındıq ilə qarışdırın və ya sadə halda yeyin.
Protein tozlu pancake
Bunun üçün yumurtasız “pancake” hazırlaya bilərsiniz. Belə ki, buğda unu yerinə yulaf unu və protein tozunu qarışdıraraq hazırlanır. Alınmış kütləyə banan və ya alma, üyüdülmüş kətan toxumu əlavə etmək olar. Reseptdən asılı olaraq hər porsiyada 10-15 qram protein olur.
Kinoa
Kinoa proteinlə zəngin bir toxumdur. Bir fincan bişmiş quinoa təxminən səkkiz qram protein ehtiva edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:34 / 27.02.2025
Yumurta sevməyənlər OXUSUN: Proteinlə zəngin 7 resept
Hazırda oxunan: Yumurta sevməyənlər OXUSUN: Proteinlə zəngin 7 resept
Hazırda oxunan: Yumurta sevməyənlər OXUSUN: Proteinlə zəngin 7 resept
236920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.