Oğuzda it 45 yaşlı kişinin burnunu qopardı

Hazırda oxunan: Oğuzda it 45 yaşlı kişinin burnunu qopardı

236912

Quduzlaşdığı ehtimal edilən it 45 yaşlı Oğuz sakininə müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Calud kəndində baş verib.

Xəsarət alan şəxsin vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Xəstəxanadan verilən məlumata əsasən, zərərçəkənin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub. Məlum olub ki, quduzlaşdığı ehtimal edilən it Bayramalı Xamdiyevin sol əlinin baş barmağında yerdəyişən sınıq xəsarətləri də yetirib.

Həkimlər ona tibbi yardım göstərib, həyatı təhlükəsi aradan qaldırılıb. Həkimlərin rəyindən sonra zərərşəkən şəxs ambulator müalicə almaq şərti ilə evə buraxılıb. O, yaşadığı ərazidə həkim nəzarəti altında müalicəsini davam etdirəcək.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin