Anasının sanitar qovşaqda doğub öldürmək istədiyi körpənin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Anasının sanitar qovşaqda doğub öldürmək istədiyi körpənin SON VƏZİYYƏTİ

236906

Quba rayon mərkəzi xəstəxanasının mətbuat xidməti sanitar qovşaqda doğub körpəsini öldürmək istəyən ana ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, 26.02.2025-ci il tarixində saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsa lınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada DƏHŞƏT - Sanitar qovşaqda doğuş edən qadın körpəsini öldürmək istədi


Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.

Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.

Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.

Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub.

Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin