Orucluğa görə bu işçilərin gündəlik iş vaxtı 2 saat AZALDILDI

Hazırda oxunan: Orucluğa görə bu işçilərin gündəlik iş vaxtı 2 saat AZALDILDI

236899

Küveytdə qarşıdan gələn Ramazan ayı ərzində fiziki məhdudiyyətli işçilər üçün iş saatları azaldılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin fiziki məhdudiyyətli şəxslər üçün hökumət orqanının rəhbəri Wafaa Al Mahna məlumat yayıb.
 

O bildirib ki, bütün nazirliklərdən Ramazan ayı ərzində fiziki məhdudiyyətli işçilər və ya onlara qulluq edənlər üçün iş vaxtını azaltmaq tələb olunub. Odur ki, bütün dövlət müəssisələrində həmin şəxslərin müqəddəs ayda maaşları tam almaqla, iş saatları iki saat azaldılıb.


İş vaxtının azaldılması həmin şəxslərin əlillik dərəcəsinə, onlara qulluq edən şəxslərə, habelə qəyyumluq və ya himayəçilik haqqında sərəncama əsasən orta və ya ağır dərəcəli əlilliyi olan şəxslərə qulluq edən işçilərə şamil edilib.

Bununla belə, eyni ailənin iki fiziki məhdudiyyətli üzvü üçün iş vaxtının azaldılmasına yol verilmir. Bu halda benefisiar iş vaxtının azaldılması vaxtı ilə bağlı işəgötürənlə razılaşmalıdır.

İş vaxtının azaldılması Ramazan ayında iş gününün həm əvvəlində, həm də sonunda iki saat olmaqla tətbiq olunacaq.

Qeyd edək ki, Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin