Bakıda mal əti adı ilə camış və at əti satılıb - FOTO

Hazırda oxunan: Bakıda mal əti adı ilə camış və at əti satılıb - FOTO

236885

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğluna və Ə.Əhmədov küçəsində fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb və həmin məntəqələrin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin