Qarabağda iqtisadi fəaliyyət üçün texnika və xammal idxalı ƏDV-dən və gömrük rusumundan azad edilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rusumlarından azad edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər təklif edilir.
Qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.
Sənədə əsasən, azadolma Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında - 2023-cü il yanvarın 1-dən 10 il müddətinə İqtisadiyyat Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında tətbiq olunur.
Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:49 / 27.02.2025
Bu texnikalar ƏDV-dən və gömrük rüsumundan AZAD EDİLİR
Hazırda oxunan: Bu texnikalar ƏDV-dən və gömrük rüsumundan AZAD EDİLİR
Hazırda oxunan: Bu texnikalar ƏDV-dən və gömrük rüsumundan AZAD EDİLİR
236869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.