“Baqaj”da gizlənərək Naxçıvandan Türkiyəyə qaçmaq istədi - FOTO

Hazırda oxunan: “Baqaj”da gizlənərək Naxçıvandan Türkiyəyə qaçmaq istədi - FOTO

236862

Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin