Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Q.Paşayeva Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin təmsilçiləri, aydınları, ziyalıları, fəal qadınları və tanınmış sənəd adamları ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.Millət vəkili Qənirə Paşayeva bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 18.08.2018
Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
Hazırda oxunan: Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
Hazırda oxunan: Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
236861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































