Qazax rayonu, Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddiotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.
Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:50 / 27.02.2025
İkimərtəbəli ev yandı - VİDEO
Hazırda oxunan: İkimərtəbəli ev yandı - VİDEO
Hazırda oxunan: İkimərtəbəli ev yandı - VİDEO
236857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.