İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar şübhəli şəxs qismində həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov “Qafqazinfo”ya bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb.
“Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 27.02.2025
Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama
Hazırda oxunan: Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama
Hazırda oxunan: Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama
236848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.