Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub

Hazırda oxunan: Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub

236839

"Həsən Zeynallının (Kür) vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir".

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

O qeyd edib ki, Həsən Kür kirtik mərhələni qismən dəf edib: "Xəstəxanaya yerləşdirilən zaman çox kritik idi. Amma hazırda huşu özünə qayıtmağa başlayıb. Adi əmrlərə reaksiya verir. Lakin huşu tam aydın olmadığından deyə bilərik ki, xəstə hazırda komadadır və ağciyər kontuziyası, qabırğa qırıqları olduğu üçün xəstə hələ də süni tənəffüs aparatına qoşulub. Beyin ödəmi, qanamalar davam edir. Qan beyindən tam sovrulmayıb".

Leyla Mərcan bildirib ki, sabah Həsən Kür kontur kompüter tomoqrafiyası ediləcək: "Katenin nəticəsindən sonra xəstənin vəziyyətinin müsbət istiqamətə dəyişib-dəyişməməsini müəyyən edəcəyik. Lazım olsa, əməliyyat olunacaq".

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin