Aeroportlarda VİP salonlarından istifadə etmək hüququ olan şəxslərin siyahısı genişləndirilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edib.
Bu siyahıya Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.
Bəs, Azərbaycan Respublikasının hava limanlarında daha kimlər VİP-dən istifadə edə bilər?
Aeroportlarda VİP-dən istifadə hüququ Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilib. Qərara əsasən aşağıdakı vəzifəli şəxslər VİP-lərdən istifadə edə bilər:
1. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, habelə ailə üzvləri;
2. Azərbaycan Respublikasının Baş naziri,habelə ailə üzvləri;
3. Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə ailə üzvləri;
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
5. Azərbaycan Respublikasının vitse-prezidentləri, habelə ailə üzvləri;
6. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
7. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, habelə ailə üzvləri;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
9. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, habelə ailə üzvləri;
10. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, habelə ailə üzvləri;
11. Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
12. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri;
13. Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi və onun müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin şöbə müdirləri;
14. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavinləri, Azərbaycan Respublikası Birinci vitse prezidentinin köməkçiləri;
15. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
16. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçiləri.
Bunlardan başqa bir sıra vəzifəli şəxslər, diplomatlar da VİP-dən istifadə hüququna malikdirlər. Həmin siyahı ilə daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 27.02.2025
Bu şəxslər aeroportlarda VİP salonlarından istifadə edə bilər – SİYAHI
Hazırda oxunan: Bu şəxslər aeroportlarda VİP salonlarından istifadə edə bilər – SİYAHI
Hazırda oxunan: Bu şəxslər aeroportlarda VİP salonlarından istifadə edə bilər – SİYAHI
236835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.