Azərbaycanda arvadını işləməyə qoymayan kişi maaşının bir hissəsindən məhrum oluna BİLƏR

Hazırda oxunan: Azərbaycanda arvadını işləməyə qoymayan kişi maaşının bir hissəsindən məhrum oluna BİLƏR

236827

"Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqısının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər".

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib.

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqısının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin