İkin düşən Azərbaycan vətəndaşlarının YENİ SAYI

Hazırda oxunan: İkin düşən Azərbaycan vətəndaşlarının YENİ SAYI

236819

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının yeni sayı bilinib.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib.

“İctimaiyyətə məlumdur ki, Vətən müharibəsindən əvvəl Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdı. Hazırda isə 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3 977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüblər”, - Eldar Səmədov qeyd edib.

Onun sözlərinə görə, 3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 116 nəfəri qadın, 315 nəfəri qocadır: “Hazırda da Dövlət Komissiyası İşçi qrupu tərəfindən Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı bir neçə müraciət araşdırılır. Müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağı istisna edilmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin