Avtobus sürücülərinə TƏLİMAT: “Qaralı havada...” - FOTO

Hazırda oxunan: Avtobus sürücülərinə TƏLİMAT: “Qaralı havada...” - FOTO

236793

Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir: “Sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb”.

Həmçinin bildirilib ki, sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb:

“Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin