Bu uşaqlara ayda 105 manat verilir - Ailələr xəbərsizdir

Hazırda oxunan: Bu uşaqlara ayda 105 manat verilir - Ailələr xəbərsizdir

236792

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabənda 5 uşaqlı ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı suallara aydınlıq gətirərkən bildirib.

Deputat deyib ki, bu qanuna əsasən 5 və daha çox uşağı olan valideynlər çoxuşaqlı ailə hesab olunurlar:

“Sosial müavinətlər haqqında” Qanuna əsasən, beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni, həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar.

Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.

Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni, beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər.

Bu baxımdan “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”.

“Əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur. Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.

Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin aylıq müavinət almasına imkan yarada bilər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin