Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu sahədə görülən işlər çərçivəsində Agentlik dogma yurd yerlərinə - Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib.
O cümlədən Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.
Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 27.02.2025
Xocalıya köçürülən 200-dən çox şəxs işlə TƏMİN OLUNUB
Hazırda oxunan: Xocalıya köçürülən 200-dən çox şəxs işlə TƏMİN OLUNUB
Hazırda oxunan: Xocalıya köçürülən 200-dən çox şəxs işlə TƏMİN OLUNUB
236790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.