Emin Ağalarov: “Crocus Group”a dəyən zərər 200 milyon dollara yaxındır

Hazırda oxunan: Emin Ağalarov: “Crocus Group”a dəyən zərər 200 milyon dollara yaxındır

236781

“Agalarov Development” şirkətinin prezidenti və “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə təxminən 150-200 milyon dollar ziyan dəydiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bu, terror biznes nöqteyi-nəzərindən bu, “Crocus Group”a dağıdıcı təsir göstərdi. Çünki terror hücumundan sonra ərazidəki bütün obyektlərin işi iflic oldu, eləcə də gələnlərin sayı azaldı”, - o bildirib.

E.Ağalarov qeyd edib ki, konsert zalı gəlir gətirən biznes deyil: “Ən yaxşı ilində o, 1 milyon dollar gəlir gətirdi. Bərpa üçün böyük maliyyə resursları, on milyonlarla dollar tələb olunacaq. Ancaq mənbəyi “bugünkü maliyyə reallıqlarında” bəlli deyil. Ona görə də bərpa olunması ilə bağlı hələ qərar verilməyib”.

Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin