"Formula 1”in pilotları azərbaycanlı nazirlə birgə Bakıda ağac əkdilər - FOTO

Hazırda oxunan: "Formula 1”in pilotları azərbaycanlı nazirlə birgə Bakıda ağac əkdilər - FOTO

23678

"Formula 1" üzrə Azərbaycan Qran-prisində iştirak edən "Ferrari"nin pilotu Şarl Lekler və "Red Bull"un sürücüsü Maks Ferstappen Bakıda ağacəkmə aksiyasında iştirak edib.

Bizim.Media xəbər verir ki, tədbir Hilton otelinin həyətində gerçəkləşib.

Ağacəkmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov və Milli Məclisin deputatı Nigar Arpadarai də iştirak edib.

Aksiya "5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü"nə həsr olunub.

Qeyd edək ki, Şarl Lekler bu gün sıralama turunda qalib olub. Ferstappen isə iyunun 4-də ilk sərbəst yürüşdə finişə birinci çatıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin