Qarlı hava şəraiti ilə bağlı hazırda bir sıra magistral yollarda sıxlıq müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Hazırda bu yollarda fasilələrlə qar yağışı müşahidə olunur:
- Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq);
- Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq);
- Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq);
- Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq);
- Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda;
- Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq);
- Ağsu aşırımında.
Məlumatda bildirilib ki, yollarda hər hansı məhdudlaşma yoxdur:
“Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib. Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:16 / 27.02.2025
Rayon yollarında vəziyyət necədir?
Hazırda oxunan: Rayon yollarında vəziyyət necədir?
Hazırda oxunan: Rayon yollarında vəziyyət necədir?
236779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.