26 fevral 2025-ci il tarixində İOEUG Gimnastika Məktəbi kollektivinin üzvləri və gimnastlar, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu anma tədbiri 1992-ci ildə Xocalı şəhərində baş vermiş dəhşətli hadisələrin yaddaşlarda silinməməsi və gələcək nəsillərə ötürülməsi, gənc gimnastlar arasında vətənpərvərlik ruhunu inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilib.
Ziyarət zamanı İOEUG Gimnastika Məktəbinin təmsilçiləri, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edib. Gimnastlar və kollektiv üzvləri “Ana harayı” abidəsi qarşısında çiçəklər qoyaraq faciənin acılarını unutmamağın vacibliyini vurğulayıblar.
İOEUG Gimnastika Məktəbinin rəhbərliyi, Xocalı soyqırımının faciəvi nəticələrinin dərinliyini nəzərə alaraq, bu kimi tədbirlərin gənc nəsillərə tariximizi öyrətmək və onlara insanlıq dəyərlərini aşılamaq baxımından mühüm olduğunu bildirib.
Qeyd edək ki, bu ziyarət, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və soyqırımın dəhşətlərinin gələcək nəsillərə unudulmaz şəkildə çatdırılması məqsədini güdür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 27.02.2025
İOEUG Gimnastika Məktəbinin kollektivi “Ana harayı” abidəsini ZİYARƏT ETDİ – FOTO
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbinin kollektivi “Ana harayı” abidəsini ZİYARƏT ETDİ – FOTO
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbinin kollektivi “Ana harayı” abidəsini ZİYARƏT ETDİ – FOTO
236764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.