Qarlı, şaxtalı hava Şimal bölgəsi yollarında hansı fəsadlara YOL AÇDI?

Hazırda oxunan: Qarlı, şaxtalı hava Şimal bölgəsi yollarında hansı fəsadlara YOL AÇDI?

236729

Son günlər ölkə ərazisində havanın əlverişsiz keçməsi yollarda qəzalara səbəb olub. 

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavabında son üç gündə Şimal bölgəsində baş verən yol qəzalarından danışıb.

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə bağlı son üç gün ərzində Xaçmaz rayonunda 7 qəza olub 7 avtomobilə maddi ziyan dəyib:

“Quba rayonunda isə baş verən 20 qəzada 32 avtomobilə maddi ziyan dəyib. Qusarda isə 12 qəzada 24 avtomobil maddi ziyan çəkib”. 

X. Talıbov qeyd edib ki, xoşbəxtlikdən,qeydə alınan hadisələrdə ölən və yaralanan olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin