Hərbi qulluqçumuzun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Hərbi qulluqçumuzun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

236704

Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda hərbi liseyin məzunu vəfat etdi


Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin