9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə AĞIR CƏZA verildi - FOTO

Hazırda oxunan: 9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə AĞIR CƏZA verildi - FOTO

236702

Qeyri-rəsmi münasibətdə olduğu qadının 9 yaşlı fiziki qüsurlu övladını öldürməkdə ittiham olunan Yaşar Abbasovun məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə müəyyən edib ki, Yaşar nikahsız yaşadığı İ.Əhmədovanın uşağını işgəncə ilə öldürməkdən əlavə qadının özünü də döyüb.

Bu hadisədən bir müddət sonra uşağın anası da narkotik cinayətinə görə məhkum edilib. Hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham verilib.

Hökmə əsasən, Y. Abbasov xüsusi amansızlıq, quldurluq niyyəti ilə adam öldürmə, əzab vermə və başqa maddələrlə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib. (Qafqazinfo)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin