Qarlı və yağışlı havalarda taksilər qiyməti niyə QALDIRIR?

Hazırda oxunan: Qarlı və yağışlı havalarda taksilər qiyməti niyə QALDIRIR?

236672

Son günlər hava şəraitinin kəskin dəyişməsi taksi qiymətlərinə də ciddi təsir edib. Əhali taksi xidmətlərinin qarlı havada ikiqat bahalaşmasından narazıdır. Hansı ki, benzin sərfiyyatı eyni qalır və maşınlar yenə də eyni məsafəni qət edir.

Əslində bu hal bir qədər soyuq havalarda, hətta yağışlı günlərdə də nəzərə çarpır. Taksi sürücüləri fürsətdən istifadə edib, xidmət haqqını bir qədər deyil, nəzərəçarpacaq dərəcədə artırırlar. Bu da müştəri narazılığı yaradır.

Bəs səbəb nədir? Təklif və tələb qanunu dəyişir?

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında qeyd edir ki,  hər il bənzər hallar qeydə alınır ki, bu da təəssüf doğurur:

“Əsas səbəb iqlim vaxtı nəqliyyat vasitələrinin azlığı və yaxud nəqliyyatı idarə edən şəxslərin olmamasıdır. Bu kimi amillər var ki, insanları narahat edir. İnsanlar soyuq havada öz avtomobilləri ilə yox daha çox taksi ilə gedişə üstünlük verirlər. Taksi xidmətləri fiks tarif deyil. Tələb çoxalanda, taksi azalanda gediş qiyməti yüksəlir. İlin mövsümünə, sutkanın vaxtlarına görə qiymət dəyişə bilər”- deyə ekspert bildirib.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin