Fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə və gündüz 1-3° şaxta təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:14 / 26.02.2025
PROQNOZ: Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq
Hazırda oxunan: PROQNOZ: Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq
Hazırda oxunan: PROQNOZ: Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq
236641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.