Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.
Bizim.Media xəbər verir ki, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.
K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşe köməkçisidir.
Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. (Qafqazinfo)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 26.02.2025
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi – FOTO
Hazırda oxunan: Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi – FOTO
Hazırda oxunan: Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi – FOTO
236635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.